Millimiz Gürcüstana 17 futbolçu ilə yollanır

0
314602

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, yığmamız fevralın 10-dan 14-ə qədər təlim-məşq toplanışında olacaq.

Yığmamız hazırlıqlarını Gürcüstanın paytaxtı Tiflisdə gerçəkləşdirəcək. Toplanışda 17 futbolçu iştirak edəcək: Ləman Niftəliyeva, Umnisə Əliyeva, Alina Nəhmədova (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Mingəçevir”), Jalə İldırımova (“Sumqayıt”), Elvira Əskərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Aytac Nemətova, Nərmin Əhmədli, Sona Rəhimova (hamısı “Təhsil”), Mariya Semyonova (“Veqa”), Aysun Muradova (“Zaqatala”).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here