Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.
VOİCEPRESS xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, “N” saylı hərbi hissənin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.
Anım mərasimində çıxış edənlər N.Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Abdullayev Namiq Vahid oğlu 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.

VOİCEPRESS.AZ