Futbolçu paylaşdığı yazışmalarının gerçək olduğunu etiraf edib
İngiltərə yığmasının sabiq kapitanı “Mançester Yunayted”in əfsanəsi Devid Bekhem hakerlərin sosial şəbəkələrdə paylaşdığı yazışmalarının gerçək olduğunu etiraf edib.
VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, Bekhemin məktublarından məlum olur ki, onun reklam olunan xeyriyyəçiliyi, əslində, Britaniya Cəngavəri titulunu almaq üçün edilən əməlmiş. Devid Bekhem ona cəngavər titulu almaqda yardım etməyən lordların ünvanına təhqiramiz sözlər işlədib.
Daha sonra isə o, Çinin Şanxay şəhərində UNİCEF-in təşkil etdiyi təntənəli xeyriyyə ziyafətinə qatılmamasının səbəbini belə izah edib: “Onlar, o əclaflar pullarıma göz dikiblər. Mən belə … işlərə 1 milyon dollar vermək niyyətində deyiləm. Onların canları cəhənnəmə!”
Məktublar arasında xeyriyyə təşkilatlarının iki məmurunun Bekhemlə yazışması da var. Onlar yazırlar: “Cənab Bekhem, sizə məsləhət görərdik ki, qızıl suyuna çalınmış noutbukunuzun fotosunu İnstaqram-dan siləsiniz. Bu noutbuk xalqın içindən çıxmış sadə insan, xeyriyyəçi imicinizə uyğun deyil”.
VOİCEPRESS.AZ