MEK Qərbi Avropa ədəbiyyatı fondundan daha bir incini oxuculara təqdim etdi

3 Fevral, 10:40

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qərbi Avropa ədəbiyyatı fondunda saxlanılan “La musigue des origines a nos jours” isimli kitab 1946-cı ildə Parisdə çapdan çıxıb.



VOİCEPRESS xəbər verir ki, kitab ilkin səslərdən musiqinin yaranması, musiqinin kökləri, keçdiyi tarixi yolu, musiqi alətlərinin yaranması, zamanla forma və mahiyyət dəyişikliklərinə uğraması istiqamətində tarixi-elmi araşdırmaları əks etdirir. Həmçinin dünya xalqlarının musiqilərinin formalaşması, qədim zamanlardan bu günə qədər musiqiyə mənəvi və ruhsal yanaşmalardan bəhs edir. Fransızca oxuculara təqdim olunan kitab Fransa Milli Konservatoriyasının tarix üzrə professoru Norbert Dufourcq tərəfindən nəşrə hazırlanıb. Bütün dövrlərdə və bütün millətlərdə musiqi sənətini əks etdirən fotoşəkillər, karikaturalar da kitabda oxuculara təqdim olunub. Kitab musiqi tədqiqatçıları, tarixçilər, tələbələr, ümumiyyətlə geniş kütlə üçün nəzərdə tutulub.

Xatırladaq ki, Qərbi Avropa ədəbiyyatı fondunda Avropanın müxtəlif xalqlarının dillərində 60111 nüsxə kitab, 154435 jurnal mühafizə edilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here