Kolleksiya böyük marağa səbəb olub
London dəb həftəsində almaniyalı dizayner Leoni Mergenin “Qarabağ” adlı geyim kolleksiyası nümayiş olunub.
VOİCEPRESS xəbər verir ki, kolleksiyaya ümumilikdə 18 kişi və qadın geyimi daxildir. Təqdim olunan kolleksiya haqqında dünyaca məşhur nəşrlər “Sleek” və “C-Heads” müsbət rəy yazıb.
Dizayner özü isə bu kolleksiyanın yaradılmasında Azərbaycanın zəngin mədəni irsindən bəhrələnərək yaratdığını bildirib. O, həmçinin əlavə edib ki, bu kolleksiyada Qarabağ bölgəsində xanımların və bəylərin istifadə etdiyi parça növlərindən iştifadə olunub.
“Avropa-Azərbaycan Cəmiyyəti TEAS”in təşkilatçılığı ilə təşkil olunan tədbir BBC və AzTV telekanalları ilə nümayiş olunub.
Qeyd edək ki, “Qarabağ” kolleksiyası daha əvvəl Berlində nümayiş olunub.
VOİCEPRESS.AZ