Lerikdə bir ailənin faciəsinə səbəb olan uçqunun

23 Fevral, 18:13

saat 18:13

VOİCEPRESS-in cənub bürosunun hadisə yerindən əldə etdiyi son məlumata görə, uçqun altından salamat çıxarılan 8 aylıq Elcan Zöhrab oğlu hazırda Lerik rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın baş həkimi Mübariz Ağayevin verdiyi məlumata görə, uşaq bütün müayinələrdən keçrilib. Müxtəlif dərəcəli xəsarətlər alan uşağa lazımi tibbi yardım edilib. Ehtiyac olarsa, paytaxt Bakıya göndəriləcək.

Əməkdaşımız hadisə şahidlərindən bəzi məlumatları əldə edib. Qar uçqunu baş verən vaxt Əhliman Mustafayev həyətdə olub. O uzaqdan tonlarla ağırlıqda olan qar topasının evinin üstünə gəldiyini görəndə vahimə ilə qışqırıb. Lakin hadisə o qədər ani baş verib ki, o ailə üzvlərinə kömək edə bilməyib.

Uçqun nəticəsində 3 otaqlı ev qəzalı vəziyyətə salıb, 1 otaq ailə üzvləri birlikdə tamamilə məhv olub.

Hazırda kənddə qarın qalınlığı 80 sm-dir, amma elə ərazilər var ki, qarın hündürlüyü 2-2,5 metrdir.

saat 14:00

Qar uçqununa məruz qalan evdə Qasım və Zöhrab Mustafayev qardaşları ailələri ilə birgə yaşayıblar. VOİCEPRESS-in istipressə istinadən əldə etdiyi ən son məlumatlara görə, uçqun nəticəsində ölənlər bunlardır:

1. Qaynana – 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva;

2. Gəlin – 1994-cü il təvəllüdlü İlahə Mustafayeva;

3. 2015-ci il təvəllüdlü Zəhra Qasımqızı;

4. 2016-cı il təvəllüdlü Uğur Qasımov.

Qar altından qalan evdən bir nəfər sağ çıxarılıb. Bu, 2016-cı il təvəllüdlü Elcan Zöhraboğludur. Qeyd edək ki, artıq meyitlər qarın altından çıxarılıb. Məlumat üçün bildirək ki, hadisə baş verən vaxtı qardaşlar və ataları həyətdə olublar. Onların yaşadığı Orand kəndi Lerikin ən ucqar yaşayış məntəqəsidir.

saat 13:28

VOİCEPRESS-in cənub bürosunun məlumatına görə, uçan ev Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin atasına məxsusdur. Ölənlər onun anası, qardaşının həyat yoldaşı və uşaqlarıdır.

saat 13:10

Lerik rayonunda qar uçqunu baş verib. VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, hadisə Orand kəndində baş verib.

Saat 12:30-da Mustafayev Hamil Hadulla oğluna məxsus ev qar uçqunun altında qalıb. Qar yığını evin üzərinə düşüb. Bir otaq tamamilə qarın altında qalıb. Həmin vaxt ailə üzvləri uçan otaqda olublar.

Gəlin, qaynana və iki körpə uşaq olub. Qar altında qalan ailə üzvlərinin hamısı ölüb.

Hadisə yerinə gələnlər evdəki bir uşağı xilas edə biliblər.

FHK sədri Habil Məlikovun verdiyi məlumata görə, bu dəqiqə komissiya üzvləri, hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə gedirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here