Gizli yazışmaları üzə çıxan məşhurdan açıqlama

0
313916

Keçmiş futbolçu Devid Bekhem elekron məktub ünvanının hakerlər tərəfindən ələ keçirilməsindən sonra açıqlama verib.

VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, o, gizli yazışmalarını yayan şəxslər barəsində belə deyib:

“Mətbuatda yayımlanan elektron məktubların içərisi tamamilə dəyişdirilib və orada yalan məlumatlar yer alıb. Diqqət əsas mövzudan kənara yönləndirilib”.

Bekhem hakerlərin tutulması üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə futbolçunun elektron ünvanı ələ keçirilmiş və onun “Ser” ünvanını əldə etməsi üçün apardığı gizli yazışmaları üzə çıxarılmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here