İngiltərənin “Sanderlend” futbol klubunun oyunçusu Cermeyn Defo kiçik pərəstişkarını sevindirib.
VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, futbolçu xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı pərəstişkarı Bredli Loverini xəstəxanada ziyarət edib. Onunla fotosunu paylaşan futbolçu sosial şəbəkələrin sevimlisinə çevrilib.
Valideynləri futbolçunun ziyarətindən sonra Bredlinin vəziyyətinin daha da yaxşılaşdığını, üzünün güldüyünü söyləyib və buna görə Cermeynə təşəkkür ediblər.
Qeyd edək ki, 5 yaşlı Bredlinin müalicəsi üçün kampaniyaya start verilmişdi. Klub 700 min funt-sterlinq (təxminən 1 milyon 600 min manat) yardımdan əlavə, “Harri Potter” pərəstişkarı olan balaca azarkeşini ailəsi ilə birgə Yeni ili qeyd etmələri üçün “Warner Brothers”in Londondakı studiyasına göndərmişdi.
VOİCEPRESS.AZ