Ermənistan XİN rəhbəri Moskvaya gedəcək

21 Fevral, 09:12

Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.

VOİCEPRESS xəbər verir ki,bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib.

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here