Daha bir ölkə marixuana satışını qanuniləşdirdi

0
314150

Peruda Nazirlər Şurası tibbi məqsədlər üçün marixuananın qanuniləşdirilməsi barədə qərar qəbul edib.

VOİCEPRESS-in məlumatına görə, bu barədə ölkə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, marixuanadan yalnız tibbi məqsədlər üçün, kəskin ehtiyac yarandığı zaman istifadə oluna bilər.

Perunun daxili işlər naziri epilepsiya, Alsqeymer və digər bu kimi ağır xəstəlikdən əziyyət çəkən xəstələrin faciəsini bölüşdüyünü bildirib.

Qeyd edək ki, daha öncə belə bir qanun layihəsi digər Latın Amerikası ölkəsi – Meksikada da qəbul edilmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here