Venesuela üzvlük haqlarının vaxtında ödənilməməsi görə, BMT Baş Assambleyasında səsvermə hüququnu itirmiş altıncı ölkə olub.
VOİCEPRESS RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda təşkilatın baş katibinin nümayəndəsi Stefan Cüjarrik bildirib.
Son üç il ərzində Venesuela BMT sıralarında səsvermə hüququnu iki dəfə itirib. Ölkənin təşkilata olan borcu 24 milyon dollara çatıb.
VOİCEPRESS.AZ