ABŞ-ın “Yaşıl beretlilər” və “Delta Force” xüsusi təyinatlı dəstələrinin döyüşçüləri ilə yanaşı, Britaniyanın SAS kommandosları İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında iştirak edirlər.
VOİCEPRESS AsiaOne-a istinadən bildirir ki, Birləşmiş Ştatlardan və Britaniyadan olan elitar hərbçilər 650 min insanın İŞİD əsarətindən azad edilməsi üçün aparılan əməliyyata faktiki olaraq rəhbərlik edirlər.
The Times-ın məlumatına görə, Mosulun tam azad edilməsi hələ 4 ay davam edə bilər. Bu isə amansız və qanlı döyüşlərin hələ irəlidə olduğunu göstərir.
VOİCEPRESS.AZ