Bakıda vulkan püskürdü – YENİLƏNİB

6 Fevral, 16:12

Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində vulkan püskürməsi hadisəsi qeydə alınıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə “report”a AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsindən məlumat verilib.
İnstitutdan bildirilib ki, vulkanın konkret hansı ərazidə yerləşməsi və adı barədə hazırda dəqiq məlumat yoxdur: “Bizə vulkan püskürməsi və hadisənin hansı ərazidə baş verməsi barədə məlumat verilib. Hazırda vulkan barədə konkret məlumat yoxdur, vulkan sabah qiymətləndirəcək. Sabah səhər saatlarında 3-4 nəfərdən ibarət işçi qrupu həmin əraziyə göndəriləcək”.
Əlavə olunub ki, vulkan püskürməsi təxminən 1,5 saat əvvəl qeydə alınıb: “Hadisə Səngəçal və Müşviqabad qəsəbəsinin arasında baş verib. Həmin ərazi vulkanların sıx cəmləşdiyi yerdir, püskürən vulkanın hansı olmasını bilmək üçün mütləq əraziyə gedib, yaxından müşahidə etmək lazımdır”.


15:08

Bakıda vulkan püskürüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verib: “Həmin ərazidə palçıq vulkanı püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə Barədə Milli Elmlər Akademiyasının vulkanologiya şöbəsinə məlumat verilib və FHN-in briqadaları hadisə yerindədirlər”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here