Bakıda satışa gəmilər çıxarılır: qiymət 10 min manatdan başlayır

20 Fevral, 12:37

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 28-də növbəti hərrac keçirəcək.

VOİCEPRESS fins.az-a istinadən xəbər verir ki, həmin gün kiçik müəssisə və obyektlər, avtomobillərlə yanaşı, gəmilər də satışa çıxarılacaq.

Həmin gəmilərdən biri “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, digəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Onlar 1967 və 1970-ci illərdə istehsal edilib.

Gəmilərdən ən ucuzunun ilkin satış qiyməti 10 min manat müəyyən edilib. Ən bahası isə 30 min manata satılacaq. Hərracda iştirak etmək istəyən şəxslər həmin əmlakların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Gəmilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

VOİCEPRES.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here