Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.
3 saylı Şəhər Klinik Xəstəxanasından VOİCEPRESS-ə verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.
Dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.
Partlayış nəticəsində 50 kvadratmetr ərazisi olan dönərxana yararsız hala düşüb.
İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.
VOİCEPRESS.AZ







