Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Bələdiyyəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekun tədbiri olaraq fəal gənclər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.
VOİCEPRESS xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, Bakı Humanitar Kollecin tələbələri və ASAN könüllüləri olan gənclər iştirak ediblər.
Öncə layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği” – bəndinə uyğun olaraq həyata keçirilib. O bildirib ki, Azərbaycan xalq – tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, hər bir xalqın tarixində onun mənəvi dünyasını, intellektini, estetik dünyagörüşünü, həyat tərzini ifadə edən mədəniyyət və incəsənət növləri mövcuddur. Mədəniyyət tutarı coğrafi tutarından qat-qat böyük olan Azərbaycan xalqının mədəni dəyərlərindən biri toxuculuq və xalça sənətidir. Natiq vurğulayıb ki, “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Layihəsi çərçivəsində Binəqədi rayonunda gənclər üçün bir neçə seminar-təlimlərin keçirildiyini bildirən Jalə Tofiqqızı bu seminarların böyük maraqla qarşılandığını qeyd edib.
Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.
Sonda layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunub.

Aysel İsgəndərova
VOİCEPRESS.AZ