Yaponiyanın “Toyota” klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, 27 yaşlı idmançı Yaponiya çempionatının təsnifat mərhələsinin yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.
O, “6-lıq” mərhələsinin “Hisamitsu” ilə ilk tur matçından əvvəl mükafatlarını alıb. P.Rəhimova məhsuldarlığını bu görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə 41 xal toplayıb.
VOİCEPRESS.AZ