Avstriyanın səhiyyə naziri öldü

24 Fevral, 08:07

Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer xərçəng xəstəliyindən dünyasını dəyişib.

VOİCEPRESS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstriya mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, 53 yaşlı sosial demokrat ötən həftə gözlənilmədən xəstəxanaya yerləşdirilib və oradan çıxmayıb. Nazir xəstəliyi barəsində dərhal özü bildirib. O, 2015-ci ilin əvvəllərindən xəstəliyindən məlumatlı imiş.
Sabina Oberhauzer səhiyyə naziri vəzifəsini 2014-cü ildən icra edib. Xəstəliyin kəskinləşməsindən sonra onun vəzifəsini müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştoqer icra edirdi. Ölkə rəhbərliyi bu xəbərdən dərindən kədərləndiyini bildirib. Belə ki, prezident Aleksandr Van der Bellen böyük hüzn içində Sabina Oberhauzerin xərçənglə döyüşdə uduzduğunu deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here