ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirib

2 Fevral, 22:30

ABŞ-ın maliyyə nazirliyi Rusiya Federal Təhlükəsizlik xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.

VOİCEPRESS Trend-ə istinadən bildirir ki, maliyyə nazirliyinin saytında yayılmış məlumata əsasən indi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları “almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə” icazə verilir.

Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir. Eyni zamanda Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağan edilir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ Rusiyanın onlarla təsisatına, eləcə də təhlükəsizlik strukturlarına qarşı “seçkiyə müdaxilə”, “amerikalı diplomatlara təzyiq” kimi ittihamlarla sanksiyalar tətbiq edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here