Zaxarova Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib

27 Yanvar, 12:31

“Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasındakı görüş konstruktiv keçib”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Moskvada brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağla bağlı konkret təkliflər və danışıqların istiqaməti müzakirə olunub.

M.Zaxarova onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tərəfinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, E.Məmmədyarov yanvarın 24-ü Moskvaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşmüşdü.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here