Yaponiya səfiri və baş konsulu Cənubi Koreyanı tərk etdilər

9 Yanvar, 10:43

Yaponiyanın Cənubi Koreyadakı səfiri Yasumasa Naqamine və baş konsulu Yasuxiro Morimoto Seulu tərk edərək müvəqqəti olaraq Tokioya qayıdıblar.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, buna səbəb Pusandakı Baş konsulluğun qarşısında XX əsrin birinci yarısında ölkənin yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadının heykəlinin qoyulması olub.

Qeyd edək ki, abidə Cənubi Koreyanın ictimai təşkilatları tərəfindən dekabrın 28-də qoyulmuş, lakin həmin gün də götürülmüşdü. Dekabrın 30-da isə fəallar heykəlin yenidən Yaponiya diplomatik nümayəndəliyi qarşısında qoyulmasına nail olublar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here