Millət vəkili Qənirə Paşayeva Axısxa Türklərinin yaşadığı ağrı-acılardan bəhs edən kitabı “Vətən qoxusu” kitabının ilk tanıtımını Tovuzda məktəblilərlə birlikdə qeyd edib.
VOİCEPRESS xəbər verir ki, Axısxa Türklərinin öz Vətənlərindən zorla sürgününü qələmə aldığı “Vətən qoxusu” kitabı barədə geniş məlumat verən millət vəkili Qənirə Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik.

Bu kitabın gənclərimiz arasında Axısxa Türklərini daha yaxşı tanımağa öz töhvəsini verə biləcəyini deyən millət vəkili Qənirə Paşayeva onların hər birinə imzalı kitab hədiyyə edib.
VOİCEPRESS.AZ