Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
VOİCEPRESS “Milliyət”ə istinadən xəbər verir ki, 3 terrorçu binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, biri isə yaralanıb. Yaralı terrorçunun hal-hazırda polis idarəsi qarşısında yerdə uzanıqlı vəziyyətdə qaldığı, digərinin isə qaçdığı deyilir.
Atışma zamanı bir polis əməkdaşı yaralanıb.
Terrorçulardan birinin canlı bomba olduğu iddia edilir.
Qaçan terrorçunun polis binasının qarşısında olan iş mərkəzinin avtoparkında gizləndiyi məlum olub. Xüsusi təyinatlı polis əməkdaşları qaçan terrorçu ilə bağlı ərazidə əməliyyata başlayıb.
VOİCEPRESS.AZ