Türkiyə parlamentində əlbəyaxa dava

12 Yanvar, 00:36

Hadisə konstitusiya dəyişikliyinə dair səsvermə zamanı olub

Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliyin edilməsi bağlı keçirilən səsvermə zamanı dava düşüb.

VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, parlamentdə müzakirələrdən sonra səsverməyə gələn hakim Ədalət və İnkişaf Pariyasından (AK partiya) olan millət vəkilləri ilə Cümhuriyyət Xalq partiyasından (CHP) olan deputatlar arasında əlbaya dava başlayıb.

Dava düşdüyündən səsverməyə fasilə verilib. Hadisə zamanı baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı parlamentdə olub.

Qeyd edək ki, CHP konstitusiya dəyişikliyinə qarşıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here