“TransCanada” şirkəti Keystone XL boru kəmərinin tikintisinə dair Prezident icazəsi almaq üçün ABŞ-ın Dövlət Departamentinə bildiriş göndərib.
VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanvarın 24-də ABŞ Prezidenti Donald Tramp Keystone XL və Dakota Access Pipeline neft kəmərlərinin tikintisi layihəsinin bərpasına dair fərman imzalayıb
D.Tramp bildirib ki, ABŞ bəzi şərtlərlə bağlı yenidən danışıqlar aparmaq niyyətindədirlər.
VOİCEPRESS.AZ