Terrorçular tutulmamaq üçün özlərini partlatdılar

21 Yanvar, 14:39

Səudiyyə Ərəbistanının qərbində Ciddə şəhərində iki terrorçu saxlanılan zaman özlərini partladıblar.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə hüquq mühafizə orqanlarının keçirdiyi reyd zamanı baş verib.

Polis terrorçuları saxlamağa cəhd göstərərkən onlar partlayıcı bağlanmış kəməri işə salıblar. Partlayışda iki terrorçu ölüb. Digər şəxslər arasında ölən və yaralananların olmadığı xəbər verilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here