VOİCEPRESS-in trend-ə istinadən məlumatına görə, dəyişikliklərə əsasən, fərmanın 5-ci hissəsində “və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri “, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “və hava nəqliyyatında” sözləri “, hava və su nəqliyyatında” sözləri ilə əvəz edilir:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində, hava və su nəqliyyatında video çarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin etsin.
Həmçinin, dəyişikliklərə əsasən “tax free” sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara da şamil olunacaq.
VOİCEPRESS.AZ