Tatlısesdən təqdirəlayiq hərəkət

16 Yanvar, 18:34

Müğənni İbrahim Tatlıses “En iyi ben söylerim” yarışında ifa olunacaq “Haydi söyle” mahnısı üçün qonorar almayacağını bildirib.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, Tatlıses ona ödəniləcək məbləğin əvəzində ehtiyacı olan birinə əlil arabası verilməsini istəyib.

Verilişdə münsif kürsüsündə əyləşən müğənnilər Sərdar Ortaç və Kibariye, həmçinin aparıcı Çağla Şikel “İmperator”u bu davranışına görə alqışlayıb və təşəkkürlərini bildiriblər.

Belə ki, proqramın 3-cü bölümündə səsləndiriləcək “Haydi söyle” mahnısının qonorarı ehtiyacı olan fiziki əngəlli insanlar üçün xərclənəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here