İtaliyada hotel qar uçqunu altında qalıb

19 Yanvar, 08:53

İtaliyanın Abrutso vilayətində “Rigopiano di Farindola” hoteli qar uçqunu altında qalıb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.

İlkin məlumata əsasən, insident zamanı hoteldə azı 20 nəfər olub.

“Böyük faciə baş verib. Çox güman ki, həyatını itirənlər olacaq. Hələ ki, bu, təsdiqini tapmayıb”, Peskara əyalətinin başçısı Antonio Di Marko özünün “Feysbuk” hesabında yazıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here