“Sovetski” GÜCLÜ YANĞIN: ölən və xəsarət alanlar var – Yenilənib

0
313614

19:45
Bakının mərkəzində baş vermiş güclü yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, sakinlər ölən şəxsin 1969-cu il təvəllüdlü Nilya Mixaylovna Xazibova olduğu bildirilir. Üç nəfər xilas edilib.

Yanğının qaz sızmasından baş verdiyi bildirilir. Yanğın tam söndürülüb. Xəsarət alan qadın Raisa Abutalıbovanın vəziyyəti sabitdir.

18:47

Bakının “Sovetski” adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib.

VOİCEPRESS-in trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Yanğının söndürülməsi işləri davam etdirilir.

17:52

FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov VOİCEPRESS-ə bildirib ki, hadisə “Sovetski”də, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb, 3 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı binanın taxta konstruksiyaları yanıb. Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb.

17:41

Paytaxtın Səbail rayonunda yanğın baş verib.

VOİCEPRESS xəbər verir ki, şahidlərin trend-ə verdiyi məlumata görə, hadisə yerinə 6 yanğınsöndürmə maşını göndərilib.

Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb.

apa-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here