Floridada yerləşən “Fort Lauderdale” hava limanında 5 insanın öldüyü, 6 nəfərin isə yaralandığı terror hücumunu reallaşdıran Esteban Santiaqoyla bağlı mətbuatda yeni ittihamlar yayılıb.
VOİCEPRESS sözcü-yə istinadən xəbər verir ki, nəzarət altında olan 26 yaşlı ABŞ-lı terrorçunun məhkəmə sənədlərində əks olunan məlumatlara görə, verdiyi ifadədə hücumu planlaşdırdığını və Fort Lauderdale hava limanına təkbaşına bilet aldığını etiraf edib.
Qeyd edək ki, səlahiyyətlilər, qanlı olayda təsirinin olub-olmadığını müəyyən etmək üçün Santiaqonun psixi drumunu yoxlamaq qərarına gəliblər. Çünki ötən ilin noyabr ayında Ançoraqe şəhərindəki FBI ofisinə getdiyi bildirilən Santiaqonun hökumətin zehinini yoxlamağa çalışdığını və ona zorla İŞİD-ə məxsus videoları izlədildiyini söyləməsi ortaya çıxıb.
Santiaqonun bu hadisədən sonra psixiatrik müalicə görməyə başladığı və silahına “əl qoyulduğu” ortaya çıxıb. Ancaq təhlükəsizlik əməkdaşlarının araşdırması sonrası Santiaqonun psixi durumunda bir problemin olmadığı, hər şeyin yolunda olduğu qənaətinə gələrək dekabrda onun silahını özünə təhvil veriblər.
Mənbələrin CNN-ə verdiyi məlumatda Santiaqonun hava limanı qırğınını eyni silahla etdiyi deyilib.
VOİCEPRESS.AZ