Günə bir stəkan ilıq su ilə başlamağın və günü bir stəkan ilıq su ilə bitirməyin sağlamlığa inanılmaz faydaları var.
Həzm prosesinə faydalıdır
Həzm probleminiz varsa, mütəmadi olaraq ilıq su içməlisiniz. Qidaların mədədə parçalanmasına yardımçı olur. Belə halda həzm sistemi daha az enerji sərf edir. Həm də bədənin artıq mədə turşusundan təmizlənməsinə yardımçı olur.
Qəbizliyə faydalıdır
Mədəniz boş ikən mütəmadi olaraq ilıq su içsəniz, bağırsaq normasında çalışar və qəbizlik problemi yaşamazsınız. Qəbizlik nazik bağırsaqda yetərincə maye olmaması ilə bağlıdır. İlıq su bağırsaqları yumşaldır, köpü azaldır və qarnı rahatladır.
Qəbizliklə mübarizə aparmaq üçün hər səhər ac qarına bir stəkan ilıq və ya isti su için. Daha çox faydalanmaq üçün suya bir miqdar bal və ya limon suyu əlavə edə bilərsiniz.
Boğaz ağrısını sakitləşdirir
Boğazda soyuqdəymə və ya qriplə bağlı ağrı varsa, ilıq su içərək rahatlaya bilərsiniz. İlıq su təkcə boğaz ağrısını rahatlatmır, eyni zamanda burun tıxanmasını da açır.
Artıq çəkiləri atmağa yardım edir
Pəhriz proqramına əməl edirsinizsə, ilıq su içərək də arıqlamanıza yardım etmiş olarsınız. İlıq su maddələr mübadiləsini sürətləndirir. Beləcə, bədən daha çox kalori yandırır. Daha yaxşı effekt üçün hər səhər bir stəkan ilıq suya bir miqdar limon suyu əlavə edə bilərsiniz.
Detoks təsiri
Bir neçə stəkan ilıq su içsəniz, bədən istiliyi artar. Bədəndəki toksinlər də tərlə birlikdə atılır. Toksinlərin bədəndən atılması da sızanaq kimi dəri problemlərindən qurtulmağa yardımçı olur.
Menstruasiya sancısını azaldır
İlıq su uşaqlıqdakı əzələləri rahatladaraq, menstruasiya ağrılarının qarşısını alır.
Qan dövranını yaxşılaşdırır
Mütəmadi ilıq su içiləndə əzələ və sinir hərəkətləri üçün gərəkli olan, eyni zamanda toxuma və orqanlara qan daşınması üçün əhəmiyyət kəsb edən qan dövranı sürətlənir. Beləcə, bədən istiliyi artır.
Yaşlanmanı gecikdirir
İlıq su bədəndəki toksinlərin atılmasına yardımçı olur, bir çox xəstəliyin qarşısını alır, dəri sağlamlığını qoruyur. İlıq su içdiyimizdə dəridəki hüceyrələr yenilənir, dəri elastikliyi artır. Detoks təsirini artırmaq üçün bir stəkan suya ½ limon suyu əlavə edin.
Yuxuya rahat gedə bilərsiniz
Yuxu problemi yaşayırsınızsa, yatmadan əvvəl bir stəkan ilıq su için. İlıq su bədən istiliyini artırır, bədəni rahatladır və sinirləri sakitləşdirir.
Qeyd: İsti su ağzınızdakı və udlağınızdakı toxumalara zərər verə biləcəyi üçün hər zaman ilıq su içməlisiniz. Yeməyin yanında soyuq su əvəzinə ilıq su için. Soyuq su içərkən bədən istiliyi yüksəltmək üçün daha çox enerji sərf etməli olur. Bu da həzmi çətinləşdirir.
Ancaq idmandan sonra bədən istiliyi çox yüksək olduğu üçün ilıq su içməkdən qaçın.
VOİCEPRESS.AZ