Rusiyanın Bəhreyn Krallığındakı azərbaycanlı səfiri Vaqif Qarayevin mühafizəsi gücləndirilib.
VOİCEPRESS xəbər verir ki, paytaxt Manamada yerləşən səfirliyin ərazisində mühafizəçilərin sayı artırılıb, oraya xüsusi cihazlar gətirilib.
Səfir Vaqif Qarayev baş verənləri Türkiyədəki səfir Andrey Karlovun öldürülməsi və Fars körfəzi ölkələrində Rusiya səfirlikləri önündə etiraz aksiyalarının keçirilməsi ilə əlaqələndirib.
“Bəli, səfirliyin təhlükəsizliyi gücləndirilib. Amma aksiyalar başa çatdırdan sonra diplomatik fəaliyyətimizi əvvəlki qaydada davam etdirəcəyik.
Qeyd edək ki, Rusiyanın Bəhreyn Krallığındakı səfiri Vaqif Qarayev milliyyətcə azərbaycanlıdır.
VOİCEPRESS.AZ