Azər-Türk Bank ASC-nin mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, onun yerinə Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.
Xartıqladaq ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rauf Ağayev “Bakı-Baku” qəzetində fəaliyyətə başlayıb. Azərbaycanda ilk pulsuz qəzetin və müstəqil jurnalist qurumunun rəhbəri olan R.Ağayev daha sonra “Xalq qəzeti”nin baş redaktorunun müavini, qəzetin “Bazar” və “Cümə” əlavələrinin redaktoru olub.
2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıb.
VOİCEPRESS.AZ