İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.
Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə “bağışlandığı”nı bəyan etmişdi.
Qeyd edək ki, Tikrit 2015-ci ilin martında azad edilib. İndiyə qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.
VOİCEPRESS.AZ