Ramil Şeydayev Çexiya klubuna keçir

12 Yanvar, 15:20

“Trabzonspor”da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədi.

VOİCEPRESS futbol11.az-a istinadən bildirir ki, qarşıdakı günlərdə millimizin üzvünün yeni klubu bəlli olacaq.

Əldə etdiyimiz özəl məlumata görə, gənc hücumçu karyerasını Çexiyada davam etdirəcək. Danışıqlara təsir etməsin deyə, klubun adı hələlik gizli saxlanılır. Ancaq Şeydayevin Çexiya klubunda icarə əsasında çıxış edəcəyi dəqiqdi.

Qeyd edək ki, Ramil Şeydayev yayda “Zenit”dən “Trabzonspor”a transfer olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here