Radik Əmirov: “Rusiya müsəlmanları Azərbaycan rəhbərliyinin təşəbbüsünü dəstəkləyirlər”

18 Yanvar, 22:14

Azərbaycan son illər beynəlxalq məkanda böyük nəticələr əldə edib.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi barədə Prezident İlham Əliyevin növbəti təşəbbüsü bir daha vurğulayır ki, Azərbaycan beynəlxalq məkanda özünü getdikcə daha inamla təsdiqləyir. Mən çox şadam ki, Prezident İlham Əliyevin təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən də hərarətlə qarşılanıb. VOİCEPRESS bildirir ki, bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin milli layihələr şöbəsinin rəhbəri Radik Əmirov söyləyib.

Azərbaycanın dünyəvi ölkə olmaqla yanaşı, əhalisinin böyük hissəsinin İslama etiqad etdiyini vurğulayan jurnalist əmin olduğunu bildirib ki, İslam dininin əbədi dəyərlərinə belə ehtiramla yanaşması sayəsində dünyada Azərbaycanın nüfuzu daha da yüksələcək. R.Əmirov deyib: “Biz, Rusiya müsəlmanları da Azərbaycan rəhbərliyinin bu təşəbbüsünü dəstəkləyəcəyik”.

Qeyd edək ki, R.Əmirov “İslam və siyasət” və “Lexaim, tatarı!” kitablarının, “Rusiya xalqlarının əxlaqi-mənəvi mədəniyyətinin əsasları” dərsliyinin müəllifidir. O, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin “Dini dəyərlərin möhkəmlənməsinə görə” ordeni, Rusiya Müftiləri Şurasının medalı, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin təşəkkürnaməsi ilə mükafatlandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here