Qlobal səth temperaturunun son 15 ildə nisbətən artan xətt üzrə getdiyi açıqlanıb
Bir çox tədqiqatçılar son 15 ildə qlobal istiləşmənin azaldığını bildirirdi. Lakin yeni araşdırmalar qlobal istiləşmənin davam etdiyini sübut edib.
VOİCEPRESS BBC-yə istinadən xəbər verir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupu (IPCC) 2013-cü ildə qlobal səth temperaturunun son 15 ildə nisbətən artan xətt üzrə getdiyini açıqlayıb. Tədqiqatçılar 2000-ci ildən etibarən son 10 ildə okean sularında temperaturun 0.12 C dərəcə artdığını bəyan edib. Bu isə ehtimal edilən 0.7 C dərəcə artımdan iki dəfəyə yaxın çoxdur.
XXI əsrin ilk 15 ilində yaşanan isinməyə antropogen aktivliyin emissiyası olan CO2-nin səbəb olduğu qeyd edilir.
VOİCEPRESS.AZ