Braziliyalı futbolçusu Reynaldonu “Adanaspor”a satan “Qarabağ”ın bu keçiddən nə qədər qazandığı bəlli olub.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar braziliyalının müqabilində 500 min avro qazanıblar.
Portalda oyunçunun real qiyməti 1.2 milyon avro miqdarında dəyərləndirilsə də, Azərbaycan çempionu bu məbləğin yarısından da azına qane olub.
Qeyd edək ki, Reynaldo ötən gün” Adanaspor”la 2.5 illik müqavilə imzalayıb. Türkiyə mətbuatı onun yeni komandasında 455 min avro qazanacağını yazıb.
VOİCEPRESS.AZ