Online alış-verişdə ən sərfəli banklar

26 Yanvar, 20:04

Online alış-veriş zamanı kartımız manat hesabında olsa da, xarici valyutada ödəniş etməli oluruq.

Bu halda manatın dollara, avroya və ya digər valyutalara çevirən zaman əlavə konvertasiya haqqı ödəyirik. Bu konvertasiya haqqı bankların kassında valyuta mübadiləsi zamanı tətbiq edilən əlavə marjaya bənzəyir, lakin ondan miqdarına görə fərqlənir.

VOİCEPRESS bbn.az-a istinadən bildirir ki, bəzi hallarda konvertasiya o qədər az olur ki, nağdsız alış-verişi manat hesabı ilə etmək, bu vəsaiti dollara çevirib dollar hesablı kart açmaqdan qat-qat əlverişli hala gəlir.

Konvertasiya haqqının 2% və daha az olduğu bankların sıralamasını sizə təqdim edirik:

Sıra Banklar Konvertasiya haqqı Qeyd
1-6 Azər Türk Bank 0.5%
1-6 Azərbaycan Beynəlxalq Bankı 0.5%
1-6 Bank Melli İran Bakı filialı* 0.5% Yalnız ölkə daxili
1-6 Caspian Development Bank 0.5%
1-6 Xalq Bank* 0.5% Ölkə daxili ödənişlərdə 3%
1-6 Kapital Bank 0.5%
7 AccessBank 1.0%
8-11 AFB Bank* 2.0% Ölkə daxili ödənişlərdə 4%
8-11 Bank BTB 2.0%
8-11 Bank Respublika 2.0%
8-11 PAŞA Bank 2.0%
Online alış-verişdə diqqət edilməsi gərəkən əsas məsələ isə kartın “Visa” və ya”MasterCard” sistemində olmasıdır. Çünki, hər bir sistemin öz əsas valyutası vardır. Əgər bu sistemlərin əsas valyutasından fərqli bir valyutaya konvertasiya prosesi baş verirsə, bu Azərbaycan Mərkəzi Bankının məzənnəsindən fərqli bir nisbətdə baş verə bilər.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here