“Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək”.
VOİCEPRESS xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
İnsan hüquqları komitəsinin iclasının gündəliyinə 2016-cı il payız sessiyası dövründə görülən işlərin hesabatı, 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı və “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin edilməsi daxil edilib.
VOİCEPRESS.AZ