ABŞ Sahil Xidməti Meksika körfəsində, Luizana ştatı sahillərində neft platformasındakı yanğınla mübarizə aparır.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, yerli vaxtla gecə saat 02:30-da başlayan yanğının söndürülməsinə 4 gəmi cəlb olunub. Platformadan 4 nəfər təxliyə edilib.
Xəsarət alanlar barədə məlumat verilmir, yanğının səbəbləri araşdırılır.
VOİCEPRESS.AZ