Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə

9 Yanvar, 16:23

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.

VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən, “Palmali”yə aid “DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.

Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da töhfə verəcəyi istisna deyil.

Razılaşma predmeti olan “DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən “DeepFlight DF-302 Super Falcon” üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here