Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması oldu

21 Yanvar, 09:06

Məşhur Hollivud aktyoru, “Oskar” mükafatçısı Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması olub.

VOİCEPRESS-in “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, 79 yaşlı M.Frimen aviaşirkətin reklamında çəkiləcək.

Reklam çarxının premyerası fevralın 5-də, ABŞ Milli Futbol Liqasının final matçında nümayiş olunacaq.

Qeyd edək ki, “Türk Hava Yolları” Avropanın ən iri aviaşirkətlərindən biridir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here