Moldova baş nazirinin müavini də Bakıya gələcək

24 Yanvar, 15:33

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası fevralın sonu, martın əvvəlində keçiriləcək.

VOİCEPRESS-in məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O qeyd edib ki, iclasda iştirak etmək üçün Bakıya Moldova baş nazirinin müavini Oktavian Kalmık səfər edəcək.

Səfir bildirib ki, hazırda tərəflər iclasın keçirilməsinə hazırlıq üzərində işləyirlər:
“İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə baxılması planlaşdırılır. Həmçinin yeni sənədlər üzərində iş gedir. Eləcə də nəqliyyat və digər sahələrdə saziş layihələri üzrə iş aparılır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here