Metabolizmi sürətləndirən qidalar

26 Yanvar, 09:18

Yaşıl çay: Son illərdə aparılan araşdırmalara görə kafi və balanslı qidalanan insanlarda yaşıl çayın tərkibindəki katexin qarın bölgəsindəki yağ kütləsini azaldır və çəki idarəsində mühüm rol oynayır.

Su: Hər gün 2 litr su içmək toxluq hissi yaradır və aclıq hissini azaldır.
Darçın: Şəkər xəstəliyində qanda şəkər səviyyəsini tarazlaşdırıcı bir təsiri vardır. Gün ərzində yediyiniz meyvələrin üzərini 1 qaşıq darçın ilə bəzəyərək yeyin. Darçın toxluq və aclıq hissini nizamlayır.
Qırmızı acı bibər: Acı istiotun tərkibindəki kapsaisin maddəsinin metabolizmi sürətləndirən təsirə malik olduğu elmi araşdırmalarla sübut olunmuşdur.
Alma sirkəsi: VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, vetabolizmi sürətləndirən təsirə malik olduğu məlumdur. Günorta və axşam yeməklərində salatlara 1 qaşıq alma sirkəsi əlavə edin.
Zəncəfil: Tərkibindəki maddələr qan dövranı və həzm sisteminə yaxşı təsir edir. Ədviyyat olaraq istifadə edilən zəncəfil, mədə və bağırsaqlarda yaranan bəzi problemləri aradan qaldırır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here