Lənkəranda “Qan ver – YAŞAT!” aksiyası keçirilir

20 Yanvar, 16:26

Lənkəranda qana ehtiyacı olan xəstələrə yardım məqsədilə “Qan ver, YAŞAT!” adlı xeyriyyə aksiyası keçirilir.

VOİCEPRESS xəbər verir ki, bu təşəbbüs bir qrup gənc tərəfindən irəli sürülüb və Mərkəzi Qan Bankının Lənkərandakı şöbəsi tərəfindən də dəstəklənib.

VOİCEPRESS
xəbər verir ki, aksiyanın təşəbbüsçülərindən olan Fərman Hüseyni milli.az-a bildirib ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan aksiyalardan birincisi 20 yanvar – Milli Matəm Günündə təşkil edilir. Onun sözlərinə görə, bu, rayondakı bir qrup gənc tərəfindən irəli sürülmüş təşəbbüsdür və məqsəd də insanlara, xəstələrə, xüsusən qana təcili ehtiyacı olanlara yardım etməkdir.

Bu gün saat 09:00-dan başlayan aksiyasında artıq onlarla insan iştirak edərək qan verib.

Lənkəran şəhər, MirMustafaxan küçəsi 9 ünvanında yerləşən İnkişaf Təhsil Mərkəzinin ofisində təşkil olunan aksiya 17:00-dək davam edəcək (“Qala” şadlıq evi və ARB TV-nin yanı). “Qan ver, yaşat” aksiyasına hər kəs qoşula bilər (Əlaqə nömrəsi: 0558966687).

Qeyd edək ki, Qan Bankında tədarük olunan qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdiriləcək, daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən müxtəlif qəzalarda və cərrahiyyə əməliyyatlarında qan itirmiş şəxslərə köçürüləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here