Komitə sədri: “Tələbə universitetini qorumalı, müəllim də müəllim kimi danışmlıdır”

0
314641

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın səs yazısı yayılıb. Dekan müavini səs yazısında tələbələrə sərt xəbərdarlıq edib və onları bir qədər də təhdid edib.

VOİCEPRESS xəbər verir ki, məsələ ilə bağlı modern.az saytı Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun münasibətini öyrənib.

Deputat qeyd edib ki, hər bir tələbə təhsil aldığı universitetin daxili nizam-intizam qaydalarına əməl etməldir.

“Bu, birmənalıdır və hesab edirəm ki, tələbələrimiz belə incə məqamları nəzərə almalıdırlar. Hər bir gənc təhsli aldığı universitetin adının yüksəlməsinə çalışmalıdır. Çünki tələbə sonda təhsil aldığı universitetin diplomunu alacaq.
Bu gün tələbə adını daşıyan Azərbaycan gəncliyinin böyük əksəriyyəti bu qaydalara əməl edir”.

Komitə sədri dekan müavinin yayılmış audioyazısına da münasibət bildirib: “Hansı auditoriyada, harada çalışmasından asılı olmayaraq müəllim müəllim kimi danışmalıdır. Hər bir cümləsindən tutmuş bütün hərəkətləri ilə müəllim şagirdlərə, tələbələrə örnək olmalıdır. Müəllim müəllim kimi danışmalıdır.
Xüsusilə də müəllim inzibatı vəzifə daşıyırsa, dekan müavinidirsə, tələbələrlə o səviyyədə danışmamalıdır. Tutduğu vəzifənin məsuliyyətini bilməlidir. Danişdığı hər kəlmənin çalışdığı təhsil müəssisəsinə uyğun olub olmadığını müəyyənləşdirməlidir.
Əgər həmin danışıq doğrudan da dekan müavininə aiddirsə, mən bundan təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu barədə ölçü götürülməlidir. O səviyyədə danışığa heç cür haqq qazandırmaq olmaz”.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı mesajların səs yazısı yayılıb.

Abzas.net-in məlumatına görə, o, mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here