Kamil Musəvi: “Ermənilər yenə həmişəki kimi qapılara düşüb yalvaracaq”

24 Yanvar, 18:50

“Xalqım bilsin ki, ermənilər yenə həmişəki kimi qapılara düşüb kömək axtaracaq”


VOİCEPRESS
xəbər verir ki, bu haqda 25 yaşlı Qarabağ qazisi Kamil Musəvi öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Şəhid qardaşının nəşini qaytarmayan erməninin yalnız bir məqsədi var: ” Xalqımı ruhdan salmaq, ölkəmizdə sabitliyi pozmaga çalışmaq. Erməni də, erməniyə dəstək verən bütün dövlətlər də bilməlidir ki, bu mümkün deyil, bu olmayacaq da. Biz 100 il də keçsə Qarabağı unutmarıq, biz 100 il də keçsə həvəsdən düşmərik. Həmişə hər şeyin ilk olaraq sülh yolu ilə həll edilməsinə çalışan dövlətimiz, münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Amma bu o, anlama gəlməsin ki, biz acizik, bu o anlama gəlməsin ki, biz gücsüzük. Xeyr… Bütün xalqım bilsin ki, erməni həmişə oldugu kimi yene də sözünü yeyəcək, həmişə oldugu kimi yenə qapılara düşüb kömək axtaracaq. Sülh yolu ilə başa düşməyən erməni, başa düşdüyün dildə cavab gələcək. Azərbaycan xalqı əyilməzdir və əyilməyəcəkdə!”

Qeyd edək ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi bir gözünü və bir ayağını itirib.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here