Kadırov söz verdi – 1300 illik məscidi təmir edəcək

24 Yanvar, 14:23

Çeçenistan rəhbəri Ramzan Kadırov Suriyada məscid bərpa edəcək. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Əhməd Hacı Kadırovun adına ictimai fond Hələbdəki orta əsrlərdən qalan məscidi bərpa edəcək. Məscid Əməvilər dövründən qalıb. Bu barədə jurnalistlərə müfti Salah Məciyev məlumat verib.

Bundan başqa Suriyada kimsəsiz uşaqlar üçün sığınacağın tikilməsi də planlaşdırlır. Sığınacaq 500 uşaq üçün nəzərdə tutulub.

“Bir neçə ildir fond Suriya sakinlərinə kömək edir. Biz yenə öz qardaşlarımızı dəstəkləməyə davam edəcəyik”.

Əməvilər məscidi ölkənin ən qədim ibadət ocaqlarından biridir. Tikili YUNESKO-nun mədəni irs siyahısına düşüb. Onun tikintisi 715-ci ildə başlayıb. Məscid ölkədəki hərbi əməliyyatlar nəticəsində ciddi dağıntılara məruz qalıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here